Bank Of Baku

Brüsseldə “Bərk məişət tullantılarının idarəçiliyində Sumqayıt modeli”nin təqdimatı keçirilib

Brüsseldə “Bərk məişət tullantılarının idarəçiliyində Sumqayıt modeli”nin təqdimatı keçirilib
# 06 noyabr 2009 10:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Sumqayıt şəhərinin nümayəndə heyəti Belçika Krallığının Brüssel şəhərində səfərdə olub. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Avropa Komissiyasının Energetika və Nəqliyyat üzrə baş direktorunun müavini Fabrisio Barbasonun dəvəti ilə noyabrın 3-dən 5-dək gerçəkləşən səfər çərçivəsində nümayəndə heyəti Avropa Komissiyasının ”Merlər Sazişi” adlı təşəbbüsünə həsr olunmuş ilk iclasda iştirak edib. Tədbirə Sumqayıt şəhərinin nümayəndə heyəti ilə yanaşı, Gürcüstan, Moldova və Ukrayna şəhərlərinin rəsmi nümayəndələri də qatılıblar. İclas zamanı “Bərk məişət tullantılarının idarəçiliyində Sumqayıt modeli” adlı təqdimat nümayiş etdirilib, metan qazının istehsalatda və təsərrüfatda istifadəsini nəzərdə tutan texnoloji prosesin konseptual əsasları barədə iştirakçı ölkələrə ətraflı məlumat verilib. Böyük marağa səbəb olan təqdimat barədə geniş fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Avropa Komissiyası 2008-ci ilin fevral ayında yerli idarəetmə orqanlarının karbon qazının azaldılmasında rolunun gücləndirilməsini nəzərdə tutan “Merlər Sazişi” adlı təşəbbüslə çıxış edib. “Merlər Sazişi” təşəbbüsü cari ildə Azərbaycanın da iştirakçısı olduğu yeni tərəfdaş ölkələrlə Avropa İttifaqı arasında imzalanmış “Şərq tərəfdaşlığı” proqramının prioritet tədbirləri siyahısına daxil edilib. Hazırda bu təşəbbüsə Qərbi və Şərqi Avropanın 800-dən çox şəhəri qoşulub. “Merlər Sazişi” təşəbbüsünə yeni qoşulmaq istəyən ölkələr üçün 2010-cu ilin mart ayında imzalama mərasiminin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR