Bank Of Baku

Lənkəranda vərəmə yoluxma halı artıb

Lənkəranda vərəmə yoluxma halı artıb
# 06 noyabr 2009 10:12 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran Rayonlararası Ağciyər Xəstəlikləri Dispanserinin qeydiyyatında olan 1604 xəstədən 390-ı fəal vərəmli xəstədir. Bu barədə APA-nın cənub bürosuna dispanserin baş həkimi Nurəddin Qurbanov bildirib. Onun sözlərinə görə, cari ilin ötən dövrü ərzində 149 nəfərdə vərəm aşkarlanaraq qeydiyyata götürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 nəfər çoxdur. Xəstələrdən 82 nəfəri kişi, 68 nəfəri qadındır.

Xəstələrin sayının artımını müalicə müəssisəsində yaradılmış lazımi iş şəraiti, habelə müasir müayinə avadanlıqları ilə təchizatla əlaqələndirən baş həkimin sözlərinə görə, 7 yaşdan yuxarı bütün şəxslər ildə ən azı bir dəfə rentgenoloji müayinədən keçməlidirlər. Bu, xüsusən təhsil, ticarət, ictimai iaşə və mədəniyyət sahəsində çalışanlara aiddir.

Apteklərdə vərəmin müalicəsində istifadə edilən dərman preparatlarının satışına qadağa qoyulduğunu diqqətə çatdıran N. Qurbanov dispanserdə qeydiyyatda olan bütün xəstələrə dərmanların pulsuz verildiyini qeyd edib: “Yaxın vaxtlarda biz rayonun ümumtəhsil məktəblərində mantu sınağı aparacağıq. Məqsədimiz vərəmə meylli xəstələri erkən aşkar etməklə, onları profilaktik müalicəyə yönəltməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR