Bank Of Baku

Gəncədə “donuz qripi”nə yoluxa biləcək xəstələr üçün xüsusi palatalar hazırlanıb

Gəncədə “donuz qripi”nə yoluxa biləcək xəstələr üçün xüsusi palatalar hazırlanıb
# 06 noyabr 2009 11:01 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncə şəhər səhiyyə idarəsi A/H1N1 virusuna qarşı profilaktik tədbirlərə başlayıb. Bu barədə APA-nın Qərb bürosuna Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev məlumat verib. Tədbirlər çərçivəsində Gəncə şəhər Yoluxucu Xəstəliklər Dispanserində “donuz qripi”nə yoluxa biləcək xəstələr üçün xüsusi palatalar hazırlanıb. Bu palatalar bütün ilkin tibbi preparatlar, dezinfeksiya vasitələri ilə təmin edilib. Həmçinin bu palatalara antivirus preparatları olan “Oseltamivir” və “Tamiflu” və süni tənəffüs aparatı gətirilib. Akif Zərbəliyevin sözlərinə görə, Gəncə şəhərində yerləşən bütün səhiyyə müəssisələri ilkin tibbi preparatlarla və dezinfeksiyaedici vasitələrlə təmin edilib: “Həmçinin Gəncə şəhər Səhiyyə İdarəsi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin göstərişi ilə oktyabrın 30-u və noyabr 1-də Gəncədə fəaliyyət göstərən bütün orta məktəblərdə dezinfeksiya işləri aparıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi göstəriş verərsə, biz digər təhsil müəssisələrində və uşaq bağçalarında da dezinfeksiya işləri aparacağıq”. Qeyd edək ki, Gəncə şəhər Səhiyyə İdarəsi əhaliyə virusdan necə qorunmaq və gigiyena qaydaları barədə məlumatların əks olunduğu vərəqələr paylayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR