Bank Of Baku

Noyabrın 16-dan Azərbaycan ərazisində “quş qripi” ilə bağlı monitorinqlər başlayır

Noyabrın 16-dan Azərbaycan ərazisində “quş qripi” ilə bağlı monitorinqlər başlayır
# 06 noyabr 2009 11:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Noyabrın 16-dan ölkə ərazisində “quş qripi” ilə əlaqədar növbəti monitorinqlər başlayacaq. APA-nın məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda “quş qripi” ilə bağlı vəziyyət sabit olsa da, müvafiq tədbirlər bu il də davam etdiriləcək.

İ. Həsənov bildirib ki, monitorinq Abşeron yarımadası, Salyan, Dəvəçi, Ağcabədi və Lənkəran rayonlarının park və qoruqlarındakı çöl və köçəri quşlar arasında, eləcə də bütün təsərrüfatlardakı ev quşları arasında aparılacaq. Quşlardan götürülən qan və patoloji materialların müayinələrinin nəticələri noyabrın 27-də açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR