Bank Of Baku

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi 1 saylı Psixiatriya Xəstəxanasında monitorinq keçirib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi 1 saylı Psixiatriya Xəstəxanasında monitorinq keçirib
# 06 noyabr 2009 14:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Səhiyyə Nazirliyinin Maştağada yerləşən 1 saylı Psixiatriya Xəstəxanasında monitorinq aparıb. Komitənin sədri Elçin Behbudov APA-ya bildirib ki, köməkçisi Elşad Həmidovla birgə xəstəxananın məcburi müalicə şöbəsində monitorinq aparıb, orada 72 məhkumun saxlanma şəraiti ilə tanış olub.

Monitorinq qrupu xəstəxananın Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzi ilə də tanış olub. E. Behbudovun sözlərinə görə, həmin mərkəzdə 18 təqsirləndirilən saxlanılır: “Xəstə məhkumlar həkim nəzarətində müalicə olunurlar. 2009-cu ilin bu müddəti ərzində xəstəxanada ölüm halı olmayıb. Məhkumlara qanun imkan verdiyi qədər yaxınları ilə görüşməyə icazə verilir”.

Hüquq müdafiəçisi deyib ki, şöbənin yalnız ciddi rejim bölməsində təmirə ehtiyac duyulur: “Bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edəcəyəm”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR