Bank Of Baku

Heydər Əliyev Fondu 10 süni böyrək hemodializ aparatını Səhiyyə Nazirliyinə təqdim edib

Heydər Əliyev Fondu 10 süni böyrək hemodializ aparatını Səhiyyə Nazirliyinə təqdim edib
# 06 noyabr 2009 16:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Heydər Əliyev Fondu (HƏF) humanitar yardım çərçivəsində əldə etdiyi 10 süni böyrək hemodializ aparatını Səhiyyə Nazirliyinə təqdim edib. Fonddan APA-ya verilən məlumata görə, tibbi avadanlıq Almaniyanın “Fresenius Medical Care” şirkəti tərəfindən Fonda bağışlanan növbəti humanitar yardımdır. Beynəlxalq əməkdaşlığın əsası 2006-cı ildə qoyulub, şirkətin humanitar aksiyaları isə artıq ənənəyə çevrilib. 2006-cı ildə şirkətin bağışladığı və HƏF tərəfindən ölkənin müvafiq səhiyyə ocaqlarına təqdim olunan 200 min avro dəyərində 10 ədəd hemodializ aparatı xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin hemodializ müalicəsi üçün zəruri avadanlıq idi. Bu tibbi avadanlıq hemodializ sahəsində problemi aradan qaldırmağa imkan yaradıb.

Qeyd edək ki, “Fresenius Medical Care” şirkəti 2007-ci ildə Fonda növbəti humanitar aksiya zamanı qan itkisinin qarşısını almağa və xəstənin müxtəlif virus infeksiyalarına yoluxma ehtimalını yox etməyə imkan verən 2 ədəd autoqemotransfuziya və 4 ədəd dərman preparatlarının dozalaşdırılmış ötürülməsini təmin edən aparat, 2008-ci ildə isə 10 ədəd hemodializ aparatı bağışlayıb. HƏF-in beynəlxalq əməkdaşlıq çərçivəsində əldə etdiyi bu tibbi avadanlıq artıq ölkənin müvafiq klinikalarında tətbiq olunur. Almaniyanın “Storz” şirkəti əməkdaşlıq çərçivəsində Fonda bağışlanan və dəyəri 160 min avro olan endoskopik avadanlıq isə urologiya sahəsində uğurla tətbiq olunur.

2004-cü ildən Danimarkanın “Novo-Nordisk” şirkəti ilə davam edən əməkdaşlıq nəticəsində ölkədə 14 yaşına qədər qeydə alınmış şəkərli diabet xəstələrinin insulin və şpris-qələmlə təmin olunmasına imkan yaranıb. Fransanın tanınmış “Servyer” şirkətinin 2007-ci ildə həyata keçirdiyi humanitar aksiyası isə100 şəkərli diabetin bir illik müalicəsini təmin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR