Bank Of Baku

Gənc geoloqların ümumrespublika müsabiqəsi başa çatıb

Gənc geoloqların ümumrespublika müsabiqəsi başa çatıb
# 06 noyabr 2009 20:47 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Geoloqlarının Milli Komitəsinin birgə keçirdiyi “Geologiya elmlərin təmasında: Azərbaycanda fənlərarası tədqiqatların vəziyyəti və inkişaf perspektivləri” adlı ümumrespublika müsabiqəsi başa çatıb.

Geologiya İnstitutunun mətbuat katibi Səid Hüseynovun APA-ya verdiyi məlumata görə, müsabiqənin nəticələrinə dair keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə çıxış edərək bildirib ki, müsabiqə gənc geoloq-alim, aspirant, magistr və bakalavrlar üçün nəzərdə tutulub. Məqsəd elmi tədqiqatlara meyl göstərən istedadlı gənclərin aşkar edilməsi və onlara dəstək verilməsidir.

Müsabiqəyə yer elmləri üzrə 9 istiqamətdə 11 elmi məqalə təqdim olunub. Mükafatı 700 manat olan birinci yerə heç bir elmi məqalə layiq görülməyib. İkinci yeri Geologiya İnstitutunun əməkdaşları – geologiya-mineralogiya elmləri namizədləri Qulam Babayev və Xalid Məlikov tutaraq hər biri 500 manatla təltif olunublar. Geologiya İnstitutunun kiçik elmi işçisi Fuad Əliyev öz məqaləsi ilə üçüncü yerə layiq görülərək 300 manat əldə edib. Yeddi nəfər isə həvəsləndirici mükafat kimi ayrı-ayrılıqda 100 manat qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR