Bank Of Baku

Gəncədə gənc sahibkarlara maarifləndirici təlim keçiriləcək

Gəncədə gənc sahibkarlara maarifləndirici təlim keçiriləcək
# 07 noyabr 2009 09:31 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncədə Qərb bölgəsindən olan gənc sahibkarlara maarifləndirici təlim keçiriləcək. Noyabrın 9-u keçiriləcək tədbir “Ümid” kredit təşkilatı tərəfindən təşkil edilib. “Gələcəyə körpü” İctimai Birliyindən APA-nın Qərb bürosuna verilən məlumata görə, tədbirdə bölgədən 20-yə yaxın sahibkarın iştirak etməsi gözlənilir. “Öz biznesini qur” adlı tədbirdə sahibkarlarla biznesin inkişaf etdirilməsi, biznesin müxtəlif sahələri və bu sahələrdə uğur qazanmaq üçün vacib olan məqamlar mövzularında müzakirələr aparacaqlar. Təlim 2 həftə davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR