Bank Of Baku

Azərbaycanda “donuz qripi”nə yoluxmuş xəstələrdən biri bu gün evə buraxılacaq

Azərbaycanda “donuz qripi”nə yoluxmuş xəstələrdən biri bu gün evə buraxılacaq
# 09 noyabr 2009 08:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda A/H1N1 virusuna (“donuz qripi”) yoluxmuş xəstələrdən biri bu gün evə buraxılacaq. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib. Onun sözlərinə görə, “donuz qripi”nə sonuncu yoluxmuş hər iki xəstənin vəziyyəti yaxşıdır. Noyabrın 4-dən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə olunan Kürdəmir sakininin vəziyyəti isə kafi olaraq qalır.

V. Qasımov bildirib ki, hazırda Respublika Taun Əleyhinə Stansiyada virusa yoluxmaqda şübhəli bilinənlərlə bağlı əlavə müayinələr aparılır. Müayinələrin nəticələri günorta saatlarında açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR