Bank Of Baku

Xaçmaz rayonuna elektrik enerjisi və təbii qaz verilməsi dayandırılıb

Xaçmaz rayonuna elektrik enerjisi və təbii qaz verilməsi dayandırılıb
# 09 noyabr 2009 08:29 (UTC +04:00)
Xaçmaz. Könül Abdullayeva-APA. Bir neçə gündür ki, şimal bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. APA-nın şimal bürosunun xəbərinə görə, güclü külək nəticəsində Xaçmaz rayonunun bəzi ərazilərində elektrik naqilləri qırılıb. Rayonun Xudat şəhərinə və bir neçə yaşayış məntəqəsinə elektrikin verilməsi gecə saatlarından etibarən dayandırılıb. Küləklə əlaqədar digər şimal rayonlarında da elektrikin verilməsinə məhdudiyyət tətbiq olunur.

Xaçmaz rayonuna təbii qazın verilməsi də dayandırılıb. Xaçmaz Qaz İstismarı İdarəsindən verilən məlumata görə, bu, Rusiya qazının şimal sərhədindən Azərbaycana ötürüldüyü ərazidə boruların yerinin dəyişdirilməsi və xətlərdə təmir işlərinin aparılması ilə əlaqələndirir. Qazın verilişinin günün sonunadək bərpa olunacağı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR