Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 15,3% artıb

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 15,3% artıb
# 09 noyabr 2009 09:14 (UTC +04:00)
Bakı – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 15,3 faiz artıb.

Bu barədə “APA-Economics”ə DSMF-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib.

Məlumata görə, hesabat dövründə əlavə olaraq 1196 nəfər əcnəbi vətəndaş uçota alınıb və bununla da fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 7 833 nəfərə çatıb. Ümumilikdə 83 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə vətəndaşları çoxluq təşkil edir - 4520 nəfər.

10 ay ərzində digər ölkələrdən olan əcnəbilərin sayında da artım müşahidə olunub. Fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1196 nəfərə yüksəlib. Üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 537 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (242 nəfər), Hindistan (195), Çin Xalq Respublikası (93), Ukrayna (74), Pakistan İslam Respublikası (70), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (68), Malayziya (63), Qazaxıstan (62), Özbəkistan (59), Türkmənistan (46), Almaniya (44), İtaliya (42), ABŞ (32) və s. ölkələr gəlir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq DSMF tərəfindən dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı üçün tədbirlər görülür. Bu tədbirlərin istiqamətlərindən biri kimi Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması davam etdirilməkdədir. Bununla yanaşı, xarici ölkələrdə əmək miqrantları kimi çalışan Azərbaycan vətəndaşlarının gələcək pensiya hüquqlarının qorunmasını təmin etmək və sosial müdafiəsini gücləndirmək məqsədilə əlavə olaraq bir sıra digər ölkələrlə də beynəlxalq müqavilələrin bağlanılması üzrə təkliflər hazırlanır, bu ölkələrin sığorta-pensiya qurumları ilə əməkdaşlığın inkişafı məqsədilə sistemlərin qarşılıqlı öyrənilməsi istiqamətində işlər görülür.

Xatırladaq ki, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə 2006-cı ilin yanvarın 1-dən başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR