Bank Of Baku

Gəncədə “donuz qripi”nə qarşı profilaktik tədbirlər gücləndirilir

Gəncədə “donuz qripi”nə qarşı profilaktik tədbirlər gücləndirilir
# 09 noyabr 2009 09:37 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. “Donuz qripi” virusunun yayılması təhlükəsi ilə əlaqədar Gəncə şəhərində yerləşən bütün orta məktəblərdə, uşaq bağçalarında, idarə və müəssisələrində dezinfeksiya işləri aparılıb. Bundan başqa bütün təhsil və səhiyyə müəssisələrində, idarələrdə A/H1N1 virusu ilə bağlı maairfləndirmə işləri aparılır. Bu barədə APA-nın Qərb bürosuna Gəncə şəhər Gigiyena və Epidemologiya mərkəzinin direktor müavini Hüriyyət İsmayılova məlumat verib. Onun sözlərinə görə, “donuz qripi”nə qarşı profilaktik tədbirlərin gücləndirilməsi səhiyyə nazirinin qrip üzərində epidemoloji nəzarətin gücləndirilməsi haqda imzaladığı 149 saylı əmrinə əsasən həyata keçirilir: “Tədbirlər çərçivəsində 1 saylı uşaq poliklinikası və və 2 saylı şəhər poliklinikasında xüsusi nəzarət məntəqələri yaratmışıq ki, bura müraciət edən xəstələrdə hər hansı şübhəli hall olarsa, onlardan götürülmüş analizlər dərhal Bakıdakı mərkəzi laboratoriyaya göndəriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR