Bank Of Baku

Azərbaycan sərhəd-gömrük buraxılış məntəqələrini gücləndirilmiş iş rejiminə keçirib

Azərbaycan sərhəd-gömrük buraxılış məntəqələrini gücləndirilmiş iş rejiminə keçirib
# 09 noyabr 2009 09:50 (UTC +04:00)
DGK-nın mətbuat xidmətindən “APA-Economics”-ə verilən məlumata görə, əhalinin sağlamlığının qorunması, insanlar üçün qlobal təhlükə törədən qrip və digər yoluxucu xəstəliklərin epidemiyasının qarşısının alınması ilə bağlı sərhəd-gömrük buraxılış məntəqələrində öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının iltihabı, əzələ, oynaq ağrıları və s. simptomlarla özünü büruzə verən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün termometriya, tibbi sorğu, vizual müayinə və digər üsullarla tibbi sanitariya yoxlaması həyata keçirilir. Xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid edilməsi üçün lazımi şərait yaradılıb və zəruri əşyalarla təchiz olunmuş yerlər müəyyən edilib.

Artıq Azərbaycanın bütün gömrük-keçid məntəqələrində xüsusi qoruyucu geyimlərdən istifadə etməklə mütəmadi olaraq nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirləri həyata keçirilir. Eyni zamanda fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlməsi zamanı Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş ekipajın müvafiq üzvləri tərəfindən imzalanan hava gəmisinin “ümumi deklarasiyası” sənədinin tibbi sanitariya hissəsinə uyğun olaraq müvafiq tibbi sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir.

Şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə operativ məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün mütəmadi əlaqə mexanizmləri müəyyən edilir. Uzaq məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizolar) alınıb və onların sərhəd-gömrük buraxılış məntəqələrində quraşdırılması işi davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR