Bank Of Baku

Azərbaycanda “donuz qripi”nin yayılması ilə əlaqədar maska qıtlığı yaranıb, bəzi apteklər maskaların qiymətini 5-10 dəfə qaldırıb

Azərbaycanda “donuz qripi”nin yayılması ilə əlaqədar maska qıtlığı yaranıb, bəzi apteklər maskaların qiymətini 5-10 dəfə qaldırıb
# 09 noyabr 2009 10:43 (UTC +04:00)
APA-nın əməkdaşlarının paytaxt apteklərində apardığı araşdırmalar nəticəsində aydın olub ki, Bakının əksər apteklərində maskalar ya yoxdur, ya da çox baha qiymətə satılır. Əvvəllər 10 qəpiyə olan maskalar hazırda 50 qəpik -1 manata satılır.

Səhiyyə Nazirliyinin (SN) Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin direktoru Əbülfəz Abdullazadə APA-ya bildirib ki, apteklərdə yaranan bu problem SN-i də narahat edir: “Mərkəzin əməkdaşları noyabrın 6-dan reydlər keçirir və apteklərdə tövsiyə xarakterli tədbirlər aparır. Son vaxtlar “donuz qripi”nin qeydə alınması ilə əlaqədar nəinki maskaların, hətta kəskin respirator infeksiyaların müalicəsi ilə bağlı olan dərmanların da qiymətində artım müşahidə edilir. Bəzi iş adamları, daha doğrusu işbazlar yaranmış vəziyyətdən sui-istifadə edirlər. Amma bu, yolverilməzdir”.

Ə. Abdullazadə deyib ki, Səhiyyə Nazirliyi qiymət tənzimləyən qurum olmadığından apteklərdə yaranmış vəziyyətlə bağlı kəskin qərarlar qəbul edə bilmir: “Bu hüquqa İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Xidməti malikdir. Biz isə yalnız apteklərə tövsiyə edə bilərik”.

Mərkəz direktorunun sözlərinə görə, nazirliyin tabeliyində olan bütün xəstəxana və ambulatoriyalar virus əleyhinə lazımi dərmanlar və maskalarla təchiz edilib. Səhhətindən şikayəti olan xəstələr dərhal həmin müəssisələrə müraciət edərək lazımi köməklik ala bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR