Bank Of Baku

ATƏT-in Bakı ofisi hakimliyə namizədlər üçün təlimlərə başlayır

ATƏT-in Bakı ofisi hakimliyə namizədlər üçün təlimlərə başlayır
# 09 noyabr 2009 12:26 (UTC +04:00)
Bakı – APA. ATƏT-in Bakı ofisi hakimlərin peşəkar inkişafını dəstəkləmək və yeni yaradılmış Ədliyyə Akademiyasının tədris proqramının hazırlanmasına töhfə vermək məqsədilə hakimliyə namizədlər üçün təlim kurslarına başlayır. Ofisdən APA-ya verilən məlumata görə, 4 aylıq təlim proqramını hazırlayan Məhkəmə Hüquq Şurası və təlimlərin keçirilməsi üçün öz bazasını təqdim edən Ədliyyə Akademiyası bu layihəni dəstəkləyir. Təlim proqramı ədalət mühakiməsində hakimin roluna xüsusi diqqət yetirməklə insan hüquqları, cinayət hüququ və mülki hüquqa aid mövzuları əhatə edir.

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel açılış nitqində müasir və effektiv məhkəmə sisteminin yaradılması üçün peşəkar hüquqi təlimlərin əhəmiyyətini vurğulayıb: “Biz əminik ki, hərtərəfli təlimlərin keçirilməsi daha böyük nəticələr əldə etmək baxımından hakimlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün vacibdir”.

Qeyd edək ki, təlim qrupları iki yazılı və bir şifahi imtahandan keçmiş 80 hakimliyə namizəddən ibarətdir. Təlim sessiyaları mühazirələr və praktik məşğələlərdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR