Bank Of Baku

BMT-nin Əhali Fondu gender əsaslı zorakılıqla bağlı məlumatlandırma sessiyalarına start verib

BMT-nin Əhali Fondu gender əsaslı zorakılıqla bağlı məlumatlandırma sessiyalarına start verib
# 09 noyabr 2009 13:41 (UTC +04:00)
Bakı-APA. BMT-nin Əhali Fondunun Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi gender əsaslı zorakılıqla bağlı ölkə üzrə genişmiqyaslı məlumatlandırma sessiyalarının keçirilməsinə start verib. BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, sessiyalar layihənin əsas komponentlərindən birini təşkil edən ictimai məlumatlandırma fəaliyyəti çərçivəsində həyata keçirilir. Noyabr, dekabr və yanvar aylarını əhatə edəcək sessiyalar vasitəsilə 3 hədəf qrupuna (13-18 yaşlı qızlar, 18-26 yaşlı oğlanlar və müəllimlər) aid olan 1800 nəfərin ümumi gender məsələləri, gender həssaslığı, gender əsaslı ayrı-seçkilik və gender əsaslı zorakılıq mövzularında təlimatlandırılması nəzərdə tutulur.

Sessiyalar Bakı və Sumqayıt şəhərlərini, eyni zamanda, Masallı, Lənkəran, Astara, Şəki, Qax, Zaqatala, Balakən, Quba, Qusar, Xaçmaz, Şirvan və Şamaxı bölgələri əhatə edəcək. Tədbirlərdə xüsusi qayğıya ehtiyacı olan qrupların (qaçqın və məcburi köçkünlər, əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar və s.) nümayəndələrinin iştirakına xüsusi önəm veriləcək.

Məlumatlandırma sessiyaları bu ilin aprel və may aylarında Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi çərçivəsində Təlimçilər üçün Təlim kursu keçmiş gənc təlimçilər tərəfindən aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR