Bank Of Baku

“Ailədaxili münasibətlərdə psixoloji faktor” mövzusunda konfrans keçirilib

“Ailədaxili münasibətlərdə psixoloji faktor” mövzusunda konfrans keçirilib
# 09 noyabr 2009 14:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsində “Ailədaxili münasibətlərdə psixoloji faktor” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitə sədrinin müavini Aynur Sofiyeva bildirib ki, son vaxtlar təmsil etdiyi quruma ailə-məişət zəminində baş verən münaqişələr və ailədəki psixoloji durumla bağlı tez-tez müraciətlər daxil olur: “Bütün dünya ölkələrində uğurla fəaliyyət göstərən ailə psixoloqu təsisatının yaradılması, bu sahədə kadr hazırlığının gücləndirilməsi problemin aradan qaldırılması üçün çox kömək edə bilər. Aparılan monitorinqlər göstərir ki, çox az sayda insan psixoloq yardımına müraciət edir. Bəzən isə vaxtında psixoloqlara müraciət edilmədiyindən, ailədəki problemlər daha da dərinləşir və böyük bir münaqişəyə çevrilir”.

Psixologiya elmlər doktoru Kamilə Əliyeva isə deyib ki, ailədə baş verən konfliktlər artma dinamikasına malikdir. Bu isə tək ailəyə deyil, bütövlükdə cəmiyyətə mənfi təsir göstərir. Ailədə yaranan problemlərin çoxu gənclərin ailə həyatına hazır olmaması, sosial-iqtisadi çətinliklər, gəlin-qaynana münasibətləri ilə bağlıdır. Ailədə baş verən münaqişələrdən isə daha çox uşaq psixologiyası zərər çəkir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR