Bank Of Baku

Səhiyyə Nazirliyi: “Donuz qripi” ilə əlaqədar Azərbaycanda orta məktəblərin bağlanması hələlik gündəmdə deyil

Səhiyyə Nazirliyi: “Donuz qripi” ilə əlaqədar Azərbaycanda orta məktəblərin bağlanması hələlik gündəmdə deyil
# 09 noyabr 2009 15:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Donuz qripi”nin qeydə alınması ilə əlaqədar hələlik Azərbaycanda orta məktəblərin bağlanması məsələsi gündəmdə deyil. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib. Onun sözlərinə görə, təhsil müəssisələrinin bağlanması üçün müraciətin edilməsi ölkədə epidemioloji vəziyyətin necə olmasından asılıdır: “Əgər epidemioloji vəziyyətdə ağırlaşma olarsa, xəstələrin sayı kəskin artarsa və Azərbaycan epidemioloji həddi keçərsə, onda bunu etmək olar. Epidemioloji hədd dedikdə, hər 100 min əhaliyə 712 xəstə nəzərdə tutulur. Hazırda Azərbaycanda bu hədd hər 100 min nəfərə 208 nəfər kəskin respirator infeksiya ilə xəstə olan şəxsdir. Yəni Azərbaycanda epidemioloji hədd dünya üzrə epidemioloji hədd göstəricisindən 3 dəfə aşağıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR