Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndə heyəti Xorvatiyada səfərdə olub

QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndə heyəti Xorvatiyada səfərdə olub
# 10 noyabr 2009 02:07 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin başçılığı ilə Şura üzvləri Tahir Süleymanov, İlqar Məmmədov, Ceyhun Osmanlı, Gülnarə Hüseynova, Dilarə Vəliyeva, Rəna Mirzəzadə, Sahib Məmmədov, Vüqar Qədirov, eləcə də Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov, baş mühasib Tofiq Həsənov və Counterpart İnternational təşkilatının təmsilçisi İlqar Ağasiyevdən ibarət nümayəndə heyəti Xorvatiya Respublikasına işgüzar səfərdən qayıdıb.

Şuranın Katibliyindən APA-ya verilən məlumata görə, bir həftə davam etmiş səfər çərçivəsində nümayəndə heyəti vətəndaş cəmiyyəti quruculuğunda Avropanın ən qabaqcıl ölkələrindən biri kimi təqdim edilən Xorvatiya Respublikasının təcrübəsi ilə yaxından tanış olub, qarşılıqlı əməkdaşlıq üçün əlaqələr yaradıb.

Səfər proqramında nümayəndə heyəti Xorvatiya Respublikasının dövlət və hökumət strukturları, donor təsisatları və fondları, eləcə də qeyri-hökumət təşkilatları rəhbərlikləri ilə səmərəli görüşlər keçirib. Nümayəndə heyəti Xorvatiya hökumətinin QHT-lərlə Əməkdaşlıq üzrə Dövlət İdarəsində, İctimai İdarəetmə Nazirliyində, Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyində, Xorvatiya Respublikasında Avropa İttifaqının Siyasi və İqtisadi Məsələlər üzrə Nümayəndəliyində, Vətəndaş Cəmiyyətinin İnkişafı üzrə Milli Dövlət Fondunda, İqtisadiyyat, Əmək və Sahibkarlığın İnkişafı Nazirliyində və başqa qurumlarda keçirdiyi görüşlərdə vətəndaş cəmiyyəti quruculuğu və qeyri-hökumət təşkilatlarının inkişaf perspektivləri ilə bağlı faydalı fikir mübadiləsi aparıb.

Səfər proqramı çərçivəsində keçirilmiş görüşlərin və qurulmuş təmasların nəticələri ümumiləşdirilib və gələcək əməkdaşlıq üçün Xorvatiya Respublikasının İctimai İdarəetmə Nazirliyinin təcrübəsindən istifadə edərək, Azərbaycanın dövlət qurumları üçün QHT-lərlə iş sahəsində mütəxəssislərin hazırlanması, QHT fəaliyyətinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində birgə tədbirlərin təşkili, Avropa Komissiyası ilə əməkdaşlıq üçün perspektiv imkanların yaradılması və Avropaya inteqrasiya istiqamətində birgə layihələrin həyata keçirilməsi məsələləri təklif kimi səsləndirilib.

Xorvatiya Respublikasında keçirilən bütün görüşlərdə Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, Avropaya inteqrasiya sahəsində görülən işlər və ölkəmiz haqda geniş məlumatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR