Bank Of Baku

Bakı sakinləri “donuz qripi”ndən hansı yolla qorunmağa üstünlük verir? – SORĞU

Bakı sakinləri “donuz qripi”ndən hansı yolla qorunmağa üstünlük verir? – <font color=red>SORĞU</font>
# 10 noyabr 2009 07:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi əhalinin yoluxdurucu xəstəliklər və ilk növbədə mövsümü və “donuz qripi” kimi tanınan H1N1 virusu ilə bağlı nə dərəcədə məlumatlı olmasının müəyyənləşdirilməsi məqsədilə telefon sorğusu keçirib. Mərkəzin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sorğuda 420 Bakı sakini iştirak edib. Xəstəlikdən qorunmaq üçün respondentlər gigiyena qaydalarına riayət etməyi, düzgün qidalanma və immun sisteminin möhkəmləndirilməsi, ölkəyə gələnlərə nəzarətin gücləndirilməsini, “donuz qripi”nə yoluxma halları qeydə alınmış ölkələrə səfər etməməyi və xəstələrlə təmasda olmamağı, peyvəndin vurulması və qoruyucu vasitələrdən istifadəni vacib biliblər. Respondentlərin 18.6 faizi xəstəliyin təhlükəsini yüksək dərəcədə, 26,9 faizi orta dərəcədə, 38,9 faizi kiçik dərəcədə qiymətləndirib. Onların 7,2 faizi heç bir təhlükənin olmadığını deyib.

Yoluxma mənbələrinə dair sualı cavablandıran respondentlər ilk növbədə ictimai nəqliyyatı (84,3 faiz), ictimai yerləri, məsələn, iş yerləri, təhsil ocaqları, ticarət obyektləri və s. (74,2 faiz), yoluxanlarla ünsiyyətdə olmağı (68,1 faiz), tam sağalmamış işə çıxmaq məcburiyyətində qalmağı (43,3 faiz) qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR