Bank Of Baku

Sumqayıtda binaların zirzəmiləri sudan təmizlənir

Sumqayıtda binaların zirzəmiləri sudan təmizlənir
# 10 noyabr 2009 07:53 (UTC +04:00)
Sumqayıt – APA-Economics. Cari ilin oktyabr ayı ərzində Sumqayıt şəhər Mənzil İstismar Sahələrinin balansında və qeyri ərazilərdə mövcud olan sulu zirzəmilərin təmizlənməsi həyata keçirilib. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Şəhər ərazisində ümumilikdə mövcud olan 650-yə qədər sulu zirzəmidə son illər ərzində cari və əsaslı təmir işlərinin aparılması nəticəsində hazırda 59 sulu zirzəmi qalıb. Bu zirzəmilərdən 30-u MİS-in balansında olan yaşayış binaları, 2-si cədvəlli bina, 4-ü yataqxana, 8-i məktəb, 14-ü uşaq bağçası, 1-i isə mədəniyyət evinin daxilindədir.

Zirzəmilərdə olan qrunt suları nasoslarla çəkilib, xətləri yararsız vəziyyətdə olanlar yeniləri ilə əvəz edilib. Son olaraq, 41-ci məhəllədə yerləşən 1A və 1B saylı binaların zirzəmilərində qurudulma işləri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR