Bank Of Baku

Səhiyyə Nazirliyi “donuz qripi”ndən qorunmaq yolları ilə bağlı maarifləndirici reklam rolikləri hazırlayıb

Səhiyyə Nazirliyi “donuz qripi”ndən qorunmaq yolları ilə bağlı maarifləndirici reklam rolikləri hazırlayıb
# 10 noyabr 2009 09:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Səhiyyə Nazirliyi A/H1N1 xəstəliyindən (“donuz qripi”) qorunmaq yolları ilə bağlı maarifləndirici reklam rolikləri hazırlayıb. Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımovun APA-ya verdiyi məlumata görə, roliklərin hazırlanması başa çatıb və bu gün ölkədə fəaliyyət göstərən telekanallara təqdim olunacaq. V. Qasımov bildirib ki, bir neçə dəqiqəlik roliklər tövsiyə xarakteri daşıyır: “Həm şəkillərlə olan rolik, həm də mətnlə olan roliklər hazırlanıb. Həmin roliklərdə xəstəlikdən qorunmaq üçün nə etmək lazım olduğu izah edilib. Düşünürük ki, bu roliklərin əhalinin xəstəliklə bağlı maariflənməsində əhəmiyyəti olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR