Bank Of Baku

İsrailin Azərbaycandakı səfiri Samuxda yerli iş adamları ilə görüşüb

İsrailin Azərbaycandakı səfiri Samuxda yerli iş adamları ilə görüşüb
# 10 noyabr 2009 13:04 (UTC +04:00)
Samux. Ayxan Hüseynov-APA. Samuxda səfərdə olan İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotem rayon İcra Hakimiyyətində yerli iş admaları ilə görüşüb. APA-nın qərb bürosunun xəbərinə görə, jurnalistlərin suallarını cavablandıran səfir rayona beş İsrail şirkətinin nümayəndələri ilə gəldiyini bildirib: “ Bu şirkətlər İsraildə kənd təsərrüfatı sahəsi üzrə çox aktivdirlər. Biz İsrail şirkətlərini bura gətirməklə daha öncə nəzərə çarpmayan iki sahəni diqqətə çatdırmağa çalışırıq. Bunlardan biri kənd təsərüfatı sahəsində istehsalat digəri isə istehsalın yerli və xarici bazara çatdırılmasıdır”.

Səfir deyib ki, İsrail şirkətləri yerli şirkətlərlə əlaqələr qurmaqla yanaşı sahibkarlar üçün təlim keçirilməsində də maraqlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR