Bank Of Baku

Gəncə şəhərində bütün nəqliyyat vasitələri dezinfeksiya edilib

Gəncə şəhərində bütün nəqliyyat vasitələri dezinfeksiya edilib
# 10 noyabr 2009 13:23 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Bu gün Gəncə şəhər Səhiyyə İdarəsi, Gəncə Gigiyena və Epidemologiya Mərkəzi Nəqliyyat Departamenti ilə birgə şəhər mərkəzindəki bütün növ nəqliyyat vasitələrində dezinfeksiya işləri aparıb. APA-nın qərb bürosunun məlumatına görə, A/H1N1 virusuna (“donuz qripi”) qarşı təşkil edilmiş profilaktik tədbir zamanı şəhərin mərkəzində fəaliyyət göstərən və əhalinin sıx istifadə etdiyi marşrut avtobuslar və digər avtomobillər çiləmə və silmə üsulu ilə dezinfeksiya olunub.

Gəncə şəhər Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Asim Kazımovun sözlərinə görə, bu, mövsümlə əlaqədar yayılan yoluxucu xəstəliklərə və “donuz qripi”-nə qarşı aparılan profilaktik tədbirlərin tərkib hissəsidir.

Qeyd edək ki, Gəncə şəhərində yerləşən bütün orta məktəblərdə, idarə və müəssisələrdə də dezinfeksiya işləri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR