Bank Of Baku

Hindistanın ali təhsil ocaqlarında Azərbaycana 2 yer ayrılıb

Hindistanın ali təhsil ocaqlarında Azərbaycana 2 yer ayrılıb
# 10 noyabr 2009 14:50 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Hindistan Mədəni Əlaqələr Şurasının (İCCR) Ümumi Mədəni Təqaüd Proqramı (GCSS) Azərbaycandan olan iki nümunəvi namizədə təqaüd təklif edir. Hindistanın Azərbaycandakı səfirliyindən APA-ya bildiriblər ki, bu proqram çərçivəsində seçilmiş namizədlər Hindistanın tanınmış ali təhsil müəssisəsində oxuyacaqları və ya tədqiqat aparacaqları müddətdə təhsil haqqı və yaşayış xərclərinin bir hissəsini əhatə edən təqaüd paketi ilə təmin olunacaqlar. İngilis dilində adekvat biliyi olan və proqramla maraqlanan namizədlər bakalavr, magistr dərəcələri və ya doktorluq proqramı üçün müraciət edə bilərlər. GCSS tibb elmləri istisna olmaqla bütün elm sahələrini əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR