Bank Of Baku

Bakıda Əlillərin VII ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi keçiriləcək

Bakıda Əlillərin VII ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi keçiriləcək
# 10 noyabr 2009 21:17 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi noyabrın 19-21-də Bakıda Tofiq İsmayılov adına Uşaq-Gənclər Sarayının Rəsm qalereyasında Əlillərin VII ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi keçiriləcək.

«APA-Economics»in məlumatına görə, sərgi-müsabiqədə istedadlı əlillərin yaradıcılıq işləri (rəsm əsərləri, xalça, toxuma, hörmə, bədii tikmə, ağac üzərində oyma, suvenir, model, maket, musiqi alətləri, keramika və dulusçuluq məmulatları, məişətdə işlədilən əşyalar və s.) nümayiş etdiriləcək. Tədbirin keçirilməsi ilə bağlı Təhsil, Mədəniyyət və Turizm nazirlikləri Rəssamlar İttifaqı ilə sıx əməkdaşlıq şəraitində zəruri təşkilati işlər görülüb, respublikanın bütün bölgələrində yaşayan əlillərin əl işləri əhatə olunmaqla sərgidə nümayiş etdiriləcək əsərlərin qəbulu başa çatdırılıb.

Sərgi-müsabiqədə əlillik səbəbləri müxtəlif olan 249 nəfərin 1100-dək yaradıcılıq işi təqdim olunacaq. Onların 154 nəfəri qadın, 38 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, 11 nəfəri Qarabağ müharibəsi əlilidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq sərəncamına əsasən, müxtəlif sənət növləri və əlillərin yaş qrupu nəzərə alınmaqla mükafatlar təsis edilib, eyni zamanda sərgidə mükafat almayan hər bir iştirakçıya maddi yardım verilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR