Bank Of Baku

“GlaxoSmithKline” əczaçılıq şirkəti Ümumdünya Səhiyyə Təşkilatına “donuz qripi”nə qarşı 50 milyon doza vaksin bağışlayacaq

“GlaxoSmithKline” əczaçılıq şirkəti Ümumdünya Səhiyyə Təşkilatına “donuz qripi”nə qarşı 50 milyon doza vaksin bağışlayacaq
# 11 noyabr 2009 07:51 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “GlaxoSmithKline” əczaçılıq şirkəti Ümumdünya Səhiyyə Təşkilatına “donuz qripi”nə qarşı pulsuz olaraq 50 milyon doza vaksin verəcək. APA-nın məlumatına görə, bununla bağlı Cenevrədə müvafiq saziş imzalanıb. ÜST-nin baş direktoru Marqaret Çan bu yardımı müsbət qiymətləndirərək bildirib ki, qurum həmin vaksinlərin gerçəkdən ehtiyacı olan şəxslərə çatdırılması üçün əlindən gələni edəcək. “GlaxoSmithKline” ilk vaksin partiyasını ÜST anbarlarına noyabrın sonunda göndərəcək. ÜST pulsuz yardım göstəriləcək 95 ölkənin siyahısını hazırlayıb. Qurumun qarşısına qoyduğu məqsəd bu ölkələrin əhalisinin ən azı 10 faizini “donuz qripi”nə qarşı peyvənd etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR