Bank Of Baku

Müəllimlər İnstitutunun Zaqatala filialının direktor müavini və kafedra müdiri vəzifədən uzaqlaşdırılıb

Müəllimlər İnstitutunun Zaqatala filialının direktor müavini və kafedra müdiri vəzifədən uzaqlaşdırılıb
# 11 noyabr 2009 08:26 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Zaqatala filialında yaranmış narazılıqla bağlı araşdırma aparılıb. AMİ-nin təhsil işləri üzrə prorektoru Şamil Qasımlı APA-ya açıqlamasında araşdırmanın nəticələri haqqında məlumat verib. Onun sözlərinə görə, araşdırma nəticəsində məlum olub ki, şikayət ərizəsində yazılanların bir qismi böhtan xarakterlidir: “Yazırdılar ki, instituta ayrılan vəsaitin bir hissəsi direktor tərəfindən mənimsənilir. Yoxlama nəticəsində bəlli oldu ki, mənimsəmə olduğu deyilən sahələrdə ümumiyyətlə maliyyələşmə aparılmayıb. Deməli, mənimsəmədən söhbət gedə bilməz. Problemlər olduğu təsdiqlənən sahələrə isə şikayət edən şəxslərin özlərinin cavabdeh olduğu üzə çıxdı. Onlar öz işlərini qəsdən yerinə yetirməyiblər. Kafedrada elmi-tədqiqat işlərinin aparılmadığını yazırdılar. Bu işi isə kafedra özü həyata keçirməli idi”.

Ş. Qasımlı deyib ki, filialın əlavə təhsil üzrə direktor müavini Mübariz Udulov, kafedra müdiri İzzət Salmanov vəzifələrindən azad olunublar, tədris işləri üzrə direktor müavini Aydın Rəsulov isə məntəqə-seçki komissiyasının sədri olduğu üçün bələdiyyə seçkiləri başa çatana qədər vəzifəsində qalacaq: “Seçkidən sonra onun vəzifədə qalıb-qalmamasına rektor qərar verəcək”.

Ş. Qasımlı filialın direktoru Tovuz Eminliyə xəbərdarlıq edildiyini də söyləyib.

Qeyd edək ki, AMİ-nin Zaqatala filialının kollektivi direktorun fəaliyyətindən şikayət etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR