Bank Of Baku

Gəncə şəhərində də qoruyucu maska qıtlığı yaranıb, qiymətlər 5-6 dəfə bahalaşıb

Gəncə şəhərində də qoruyucu maska qıtlığı yaranıb, qiymətlər 5-6 dəfə bahalaşıb
# 11 noyabr 2009 09:34 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Azərbaycanda A/H1N1 virusuna (“donuz qripi”) yoluxma hallarının aşkarlanması Gəncə şəhərində də qoruyucu maskalardan istifadə etmək zərurəti yaradıb. APA-nın qərb bürosunun məlumatına görə, artıq Gəncə şəhərində yerləşən bir çox ticarət obyektlərində və mağazalarda işləyən satıcılar, o cümlədən yanacaqdoldurma məntəqələrinin işçiləri qoruyucu maskalardan istifadə edirlər. APA-nın əməkdaşının əhali arasında apardığı sorğu nəticəsində məlum olub ki, sakinlər apteklərdə qoruyucu maskalar tapmaqda çətinlik çəkirlər. Bir çox apteklərdə isə qoruyucu maskalar əvvəlki qiymətlərdən 5-6 dəfə baha qiymətə satılır. Belə ki bir neçə gün əvvəl maskalar əczaxanalarda 10-15 qəpiyə satılırdısa, hazırda onların qiyməti 60 qəpiyədir. Şəhərdə yerləşən bir neçə əczaxana satıcıları qoruyucu maska qıtlığının dərman depoları ilə bağlı olduğunu deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR