Bank Of Baku

Səhiyyə Nazirliyi “donuz qripi” ilə bağlı əhalini məlumatlandırmaq üçün telekanallara müraciət edib

Səhiyyə Nazirliyi “donuz qripi” ilə bağlı əhalini məlumatlandırmaq üçün telekanallara müraciət edib
# 11 noyabr 2009 09:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Səhiyyə Nazirliyi A/H1N1 virusu (“donuz qripi”) ilə bağlı əhalinin daha çox məlumatlandırmaq üçün ölkədə fəaliyyət göstərən telekanallara müraciət edib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib. Onun sözlərinə görə, telekanallardan “donuz qripi”, onun əlamətləri və xəstəlikdən qorunmaq yolları ilə bağlı sosial rolikləri gün ərzində bir neçə dəfə efirə vermələri xahiş olunur. Səhiyyə müəssisələrinin hamısına isə bütün şübhəli xəstələri dərhal müayinədən keçirmək tapşırılıb.

V. Qasımovun sözlərinə görə, hazırda Azərbaycanda “donuz qripi”nə yoluxmuş xəstələrin vəziyyəti kafidir. Bu gün 7 nömrəli Birləşmiş Uşaq Yoluxucu Xəstəxanasında müalicə alan daha bir xəstə evə yazılacaq. Bu, Ukraynada yoluxmuş xəstə ilə təmasda olmuş şəxsdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR