Bank Of Baku

Azərbaycanın bütün sərhəd məntəqələrində «donuz qripini» aşkarlayan termovizorlar quraşdıracaq

Azərbaycanın bütün sərhəd məntəqələrində «donuz qripini» aşkarlayan termovizorlar quraşdıracaq
# 11 noyabr 2009 10:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycana daxil olan A/H1N1 («donuz qripi») virusuna yoluxmuş, eləcə də hərarəti olan sərnişinləri müəyyənləşdirmək üçün gələn həftə 10 ədəd termovizor ölkəyə gətiriləcək. «APA-Economics»in bildirdiyinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat verib.

A.Əliyevin sözlərinə görə, termovizorlar Gəncə aeroportunda və quruda – xüsusilə də şimal istiqamətindəki sərhəd keçid məntəqələrində qurulacaq.

Qeyd edək ki, bu ilin ortalarında Heydər Əliyev Beynəlxalq Hava Limanı Dövlət Gömrük Komitəsi tərəfindən alınmış termovizorlarla təchiz olunub.

Komitə sədri bildirib ki, «donuz qripi» virusu ilə əlaqədar aprel ayından Dövlət Gömrük Komitəsi gücləndirilmiş rejimdə işləyir. Sərhəd keçid məntəqələri lazımi vasitələrlə təmin olunub. Son günlər isə sərhəd məntəqələrində həkimlər yüksək hazırlıq rejiminə keçib.

A.Əliyev əhaliyə müraciət edib ki, təyyarədə və qatarlardan istifadə zamanı onlara paylanan bəyannamələri doldursunlar: «Ola bilsin ki, sərnişin bu gün özünü yaxşı hiss edir. Lakin sonradan həmin marşrutda virusa yoluxmuş insan tapıldıqda, digərlərinin vaksinasiyası aparılmalıdır. Belə olan halda bəyannamələri doldurmayanları tapıb vaksinasiya aparmaq mümkün olmayacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR