Bank Of Baku

Eyyub Hüseynov: “Səhiyyə Nazirliyi “donuz qripi”nin yayılmasının qarşısını almaq üçün kifayət qədər tədbirlər görmür”

Eyyub Hüseynov: “Səhiyyə Nazirliyi “donuz qripi”nin yayılmasının qarşısını almaq üçün kifayət qədər tədbirlər görmür”
# 11 noyabr 2009 11:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Səhiyyə Nazirliyi ölkədə aşkarlanan A/H1N1 virusunun («donuz qripi») qarşısını almaq üçün kifayət qədər tədbirlər görmür. «APA-Economics»in məlumatına görə, bunu bu gün «donuz qiipi» virusu dövründə istehlakçıların hüquqlarının qorunmasına dair Bakıda keçirilən mətbuat konfransında «Azad İstehlakçılar Birliyi»nin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda ölkə regionlarında virusla bağlı maarifləndirmə və profilaktik işlər aparılmır: “Təkcə maska qoruyucusundan istifadə etmək insanlara virusdan qorunmağa yardım etməyəcək və buna görə səhiyyə orqanları bir qədər də fəal işləməlidir. Bütün bunlara baxmayaraq, düşünürəm ki, Azərbaycanda bu virusla bağlı ciddi problem yoxdur”.

Bakı apteklərində maskaların baha satılmasına münasibətini bildirən E.Hüseynov qeyd edib ki, əgər əvvələr sözügedən qorucuyu maskalar 10 qəpikdən aşağı satılırdısa, artıq indi maskaların qiyməti 20 qəpikdən aşağı deyil: “Bəzi apteklərdə isə altdan-altdan maska satanlar da var ki, onlar da bu işə biznes tərəfindən baxır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR