Bank Of Baku

Şöbə müdiri: “Azərbaycanda “donuz qripi”nə yoluxanların sayı 14 nəfərə çatıb”

Şöbə müdiri: “Azərbaycanda “donuz qripi”nə yoluxanların sayı 14 nəfərə çatıb”
# 11 noyabr 2009 11:41 (UTC +04:00)
Onun sözlərinə görə, virusa yoluxanların əksəriyyəti Ukraynadan gələnlər, 3 nəfər isə həmin şəxslərlə təmasda olanlardır: «Bundan başqa, Türkiyədə təhsil alan bir azərbaycanlı tələbə Azərbaycana gələrkən onda da bu virus aşkarlanıb. Virusa yoluxan digər şəxs isə Böyük Britaniya vətəndaşıdır. O, Azərbaycana işlə əlaqədar gəlib».

E. Əliyeva onu da bildirib ki, hazırda bütün xəstələrin vəziyyəti yaxşıdır, bir neçəsi artıq evə buraxılıb, bir qismi ambulator müayinə alır və “donuz qripi” ilə bağlı ölüm hadisəsi qeydə alınmayıb: “Virusa yoluxanların yaşadığı evlər və ərazilər tam dezinfeksiya olunub. Ümumiyyətlə, H1N1 virusunun Azərbaycanda kütləvi şəkildə yayılmasının qarşısını alması üçün bir sıra tədbirlər görülür, tibb müəssisələrində iş gücləndirilib».

Qeyd edək ki, Azərbaycanda “donuz qripi”nə ilk iki yoluxma faktı bu ilin iyul ayında qeydə alınıb. Həmin xəstələr artıq sağalaraq evə buraxılıb. Noyabrın 4-də isə Azərbaycanda Ukraynadan gəlmiş Kürdəmir sakinində virusa yoluxma aşkar edilib. Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən noyabrın 5-də daha 2 yoluxma faktının, noyabrın 9-da isə 8 yoluxmanın olduğu təsdiqlənib. Bu gün isə “donuz qripi”nə daha bir yoluxma faktı qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR