Bank Of Baku

Azərbaycanda «donuz qripi» əleyhinə peyvəndlərin vurulmasına dekabrdan başlanacaq

Azərbaycanda «donuz qripi» əleyhinə peyvəndlərin vurulmasına dekabrdan başlanacaq
# 11 noyabr 2009 11:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. Bu ilin dekabr ayından etibarən Azərbaycanda A/H1N1 virusu («donuz qripi») əleyhinə peyvəndlərin vurulmasına başlanacaq. APA-nın məlumatına görə, bunu Bakı Şəhər Səhiyyə İdarəsi Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva bildirib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycana 170 min dozalıq vaksin veriləcək ki, cari ilin noyabrın sonunadək bu işlər başa çatacaq: «Dekabrın əvvəlindən etibarən isə peyvəndlərin vurulmasına başlanacaq. Peyvəndlər əsasən tibb işçilərinə, hamilə qadınlara, təyyarə, dəmir yolu, gömrük işçilərinə, həmçinin uşaqlara vurulacaq».

Qeyd edək ki, bu günədək Azərbaycanda «donuz qripi» virusuna yoluxanların sayı 14 nəfər təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR