Bank Of Baku

Təhsil Nazirliyinin şöbə müdiri: “Ukraynada dövlət xətti ilə təhsil alan tələbələrimizin səhhətində problem yoxdur”

Təhsil Nazirliyinin şöbə müdiri: “Ukraynada dövlət xətti ilə təhsil alan tələbələrimizin səhhətində problem yoxdur”
# 11 noyabr 2009 13:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Hazırda A/H1N1 virusunun (“donuz qripi”) geniş yayıldığı Ukraynada dövlət xətti ilə cəmi 4 azərbaycanlı tələbə təhsil alır. Bu barədə APA-ya Təhsil Nazirliyinin xarici əlaqələr şöbəsinin müdiri Qulu Novruzov məlumat verib. O bildirib ki, Ukraynaya göndərilən tələbələr aspirantura təhsili alır: “Onların səhhəti ilə səfirlik vasitəsilə maraqlanırıq. Hələlik narahatlığa səbəb ola biləcək hal yoxdur”.

Q. Novruzov deyib ki, nazirliyə virusun yayıldığı digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sağlamlığı ilə bağlı da heç bir məlumat daxil olmayıb.

Qeyd edək ki, hazırda xaricdə Azərbaycan dövlətinin xətti ilə 1300-dək tələbə təhsil alır. Ümumilikdə isə xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı 10000-ə yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR