Bank Of Baku

Qəhrəman Ağayev: “Quba məzarlığında muzey yaratmaq işləri ləngiyir”

Qəhrəman Ağayev: “Quba məzarlığında muzey yaratmaq işləri ləngiyir”
# 11 noyabr 2009 15:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Ermənilərin törətdikləri soyqırımı nəticəsində yaranan Quba məzarlığında muzey yaratmaq işləri ləngiyir”. Bunu APA-ya açıqlamasında məzarlıqda aparılan ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev bildirib. Q. Ağayev deyib ki, ölkə prezidentinin Quba məzarlığına baş çəkməsindən sonra muzey yaratmaqla bağlı işlər sürətlənsə də, sonradan yenə də ləngimə müşahidə olunur: “Məzarlığın hətta maketi belə hazırdır. Amma muzeyin inşası layihəsinin smetası təsdiqlənmədiyindən və maliyyə ayrılmadığından işlərə başlanılmır. Məzarlıqda nəmişlik daha da artıb. Hər dəfə quru torpaq tapıb nəm torpağın üstünə tökürük ki, bəlkə nəmişliyin qarşısını alsın. Məzarlıqdakı quyuda vəziyyət daha da təhlükəli hal alıb. Əgər biz bu quyunu da itirsək, onda məzarlığı nəyin üzərində quracağıq, başa düşə bilmirəm”.

Q. Ağayevin sözlərinə görə, məzarlıqdakı acıq vəziyyətdə olan 7000-ə qədər sümük dərmanlanmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin regional bölməsinə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR