Bank Of Baku

İmam Xomeyni adına İmdad Komitəsi Bakıda əl işləri sərgisi açıb

İmam Xomeyni adına İmdad Komitəsi Bakıda əl işləri sərgisi açıb
# 11 noyabr 2009 15:39 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu gün Bakıda İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin təşkil etdiyi aztəminatlı ailələrin qabiliyyət və fəaliyyətlərini əks etdirən əl işləri sərgisinin açılışı olub.

«APA-Economics»in məlumatına görə, sərginin açılışında Azərbaycan baş nazirinin müavini Əli Həsənov və İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami iştirak edib.

Tədbir haqda məlumat verən səfir bildirib ki, sərginin əsas məqsədi İmam Xomeyni adına İmdad Komitəsinin “Özünü işlə təmin etmə proqramı”nın himayəsində olan ailələrin hazırladığı məhsulla ictimaiyyəti tanış etməkdir. O, sərgidə Azərbaycanın bütün bölgələrindən Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin üzvlərinin, xüsusilə qaçqınların iştirak etdiyini və nümunəvi əl işlərinin nümayiş etdiklərini vurğulayıb.

Qeyd edək ki, İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyi 2007-ci ildən etibarən fəaliyyət göstərir. Ümumilikdə 2007-2009-cu illərdə komitə tərəfindən 213 367 nəfərə yardım göstərilib, o cümlədən 6457 nəfərə pul yardımı, 43 690 nəfərə ərzaq yardımı, 315 nəfərə cehiz və məişət malları təhvil verilib, 105 615 nəfərə tibbi yardım, 134 nəfərə yanğın və təbii hadisələrdən zərər çəkənlərə yardım və s. xidmətlər göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR