Bank Of Baku

Azərbaycanda qoruyucu maskaların satışı ilə bağlı sabahdan yoxlamalara başlanacaq

Azərbaycanda qoruyucu maskaların satışı ilə bağlı sabahdan yoxlamalara başlanacaq
# 11 noyabr 2009 15:49 (UTC +04:00)
Qoruyucu maskalara (respiratorlar) tələbatın artması ilə əlaqədar bu malların süni qıtlığının yaradılması və qiymətinin şişirdilməsi hallarının qarşısının alınması məqsədilə İİN yanında Antiinhisar Dövlət Xidməti Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birlikdə sabahdan yoxlamalara başlayacaq.

Yoxlamalar zamanı qanun pozuntusu aşkar edilən obyektlər barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, A/H1N1 virusuna (“donuz qripi”) yoluxma hallarının artması ilə əlaqədar apteklərdə qoruyucu maska qıtlığı yaranıb. Bəzi işbazlar isə yaranmış vəziyyətdən istifadə edərək 10 qəpiyə satılan maskaların qiymətini 50 qəpik - 1 manata qaldırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR