Bank Of Baku

Sumqayıt şəhər Mədəniyyət Evində dəyirmi masa keçirilib

Sumqayıt şəhər Mədəniyyət Evində dəyirmi masa keçirilib
# 12 noyabr 2009 02:07 (UTC +04:00)
Bakı – APA. Sumqayıt şəhər mədəniyyət müəssisələrində şəhərin 60 illiyi münasibətilə təşkil edilən silsilə tədbirlər davam edir.

Sumqayıt şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, şəhərin 60 illik yubiley tədbirləri çərçivəsində C.Cabbarlı adına Mədəniyyət Evində rus icması ilə birlikdə dəyirmi masa keçirilib. Tədbirdə rus icmasının sədri və icma üzvləri çıxış edərək Sumqayıt şəhərinin yaranması tarixindən, inkişaf və tərəqqisindən geniş söhbət açıblar. Tədbirin bədii hissəsində Sumqayıta həsr edilmiş şeirlər dinlənilib, əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Tədbir mədəniyyət evinin “Sumqayıt” rəqs qrupunun çıxışı ilə yekunlaşıb.

Qeyd edək ki, Mədəniyyət Evinin özfəaliyyət kollektivi 8 saylı orta məktəbdə də Sumqayıt şəhərinin 60 illiyinə həsr olunmuş “Mənim gözəl şəhərim” adlı ədəbi-bədii kompozisiya təşkil edib. Tədbirdə Sumqayıt şəhər orta məktəb şagirdlərinin ifasında şeirlər, mahnılar səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR