Bank Of Baku

Sumqayıtda təbii qaz dəyərinin ödənişi 100 faizi keçib

Sumqayıtda təbii qaz dəyərinin ödənişi 100 faizi keçib
# 12 noyabr 2009 07:32 (UTC +04:00)
Sumqayıt – APA-Economics. Sumqayıt şəhərində cari ilin oktyabr ayında güzəştsiz əhali kateqoriyası üzrə təbii qaz dəyərinin ödənişi 129,5 faiz təşkil edib. Bu barədə “APA-Economics”ə Sumqayıt Qaz İstismar İdarəsindən məlumat verilib.

Məlumata görə, cari ilin oktyabr ayı ərzində Sumqayıt şəhərinin güzəştsiz əhali qrupu tərəfindən 277967,60 manat dəyərində, 3779,7 min m3 həcmində təbii qaz istifadə edilib. Ödənişdə 43452 nəfər abonent iştirak edib.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərində güzəştsiz əhali kateqoriyası üzrə təbii qazla təmin olunan abonentlərin sayı 64180 nəfərdir. Şəhər üzrə ümumilikdə 60230 ədəd qaz sayğacı quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR