Bank Of Baku

Gəncədəki mərkəzi bazar dezinfeksiya edilib

Gəncədəki mərkəzi bazar dezinfeksiya edilib
# 12 noyabr 2009 07:33 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Azərbaycanın Gəncə şəhərində A/H1N1 virusunun (“donuz qripi”) yayılmasının qarşısını almaq məqsədi ilə görülən profilaktik tədbirlər çərçivəsində Gəncə şəhər Baytarlıq İdarəsi şəhərdəki mərkəzi bazarda dezinfeksiya işləri aparıb. APA-nın qərb bürosunun məlumatına görə, Baytarlıq İdarəsinin həkimləri əsasən əhalinin daha çox istifadə etdiyi bazar girişində, ət və süd məhsullarının satıldığı hissələri çiləmə üsulu ilə dezinfeksiya ediblər. Gəncə Bazar Təsərüffat Şöbəsinin müdiri Fazil Məhərrəmovun sözlərinə görə, Gəncə şəhər Baytarlıq İdarəsi tərəfindən dezinfeksiya işləri mərhələ-mərhələ, bazarın bütün hissəsində aparılacaq.

Gəncə şəhər Baytarlıq İdarəsinin direktoru Hüseyn Abbasov APA-nın əməkdaşına deyib ki, bu cür dezinfeksiya işləri digər bazarlarda da aparılacaq. Onun sözlərinə görə, şəhərin Mahrasa qəsəbəsində yerləşən bazarda, o cümlədən Dəmiryol bazarında da dezinfeksiya işləri görüləcək: “Ümumiyyətlə, hər həftə Gəncə şəhərində yerləşən bazarlarda dezinfeksiya işlərini davam etdirəcəyik. Biz həmçinin hər həftənin şənbə günləri bazar gününə hazırlıq olaraq mal bazarında da dezinfeksiya işləri görəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR