Bank Of Baku

Milli QHT Forumunun yaranmasının 10 illik yubileyi ilə bağlı tədbirlər keçiriləcək

Milli QHT Forumunun yaranmasının 10 illik yubileyi ilə bağlı tədbirlər keçiriləcək
# 12 noyabr 2009 08:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Milli QHT Forumunun yaranmasının 10 illik yubileyi ilə bağlı tədbirlər keçiriləcək. Forumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu barədə qurumun iclasında qərar qəbul edilib. Toplantıda həmçinin, MQHTF-nın təşkilatçılığı ilə dekabrın 4-də Qarabağ Forumunun keçirilməsi qərara alınıb. Bununla bağlı QHT forumunun prezidenti Rauf Zeyni beynəlxalq təşkilatların QHT xartiyası yaratdığını bildirib və bəzi QHT-lərin bu xartiyanı dəstəklədiyini qeyd edib. Bununla əlaqədar olaraq QHT Məsuliyyət Xartiyasının dəstəklənməsi barədə qərar qəbul edilib.

Toplantıda həmçinin, daha iki təşkilat – Beynəlxalq Sülh Araşdırmalar Mərkəzi və “Hera” İctimai Birliyi MQHTF-yə üzv qəbul olunub. Qeyd edək ki, hazırda MQHTF-nin 528 üzvü var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR