Bank Of Baku

Azərbaycanda “donuz qripi”nə yoluxmuş daha bir neçə nəfərin müalicəsi başa çatıb

Azərbaycanda “donuz qripi”nə yoluxmuş daha bir neçə nəfərin müalicəsi başa çatıb
# 12 noyabr 2009 08:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Azərbaycanda A/H1N1 virusuna (“donuz qripi”) yoluxaraq xəstəxanalarda müalicə alan daha bir neçə nəfər evə buraxılacaq. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib. Onun sözlərinə görə, hazırda stasionar şəraitdə müalicə alan xəstələrin vəziyyətində ağırlaşma yoxdur. Onların hazırkı vəziyyəti evə buraxılmaq üçün əsas verir.

V. Qasımov bildirib ki, dünən günün ikinci yarısı “donuz qripi”nə yoluxmaqda şübhəli bilinənlərlə bağlı aparılan müayinələr xəstəliyə əlavə yoluxmanın olmadığını göstərib. Bu gün aparılan müayinələrin nəticələri isə günün ikinci yarısı açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR