Bank Of Baku

Kür və Araz transsərhəd çaylarında keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb

Kür və Araz transsərhəd çaylarında keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb
# 12 noyabr 2009 08:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının və onların transsərhəd qollarının noyabr ayının I ongünlüyü üçün çirklənmə səviyyəsini öyrənmək məqsədilə aparılmış növbəti monitorinqin nəticələrini açıqlayıb. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının III ongünlüyünə nisbətən 96 m3/san artaraq 242 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenollar 3 , mis birləşmələri 4, Ağstafaçay su anbarında isə fenollar 3 və mis birləşmələri 5 dəfə YVQH-ni keçib. Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 129 m3/san olub. Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində fenollar və mis birləşmələri 3 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,52-6,55 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR