Bank Of Baku

Sumqayıtda Xocalı faciəsi ilə bağlı e-mail aksiyası təşkil edilib

Sumqayıtda Xocalı faciəsi ilə bağlı e-mail aksiyası təşkil edilib
# 22 fevral 2010 08:45 (UTC +04:00)
Bakı-APA. Sumqayıt şəhər gənclər təşkilatlarının təşəbbüsü ilə şəhər Gənclər və İdman Baş İdarəsi Xocalı faciəsi ilə bağlı fevralın 17-dən başlayaraq e-mail aksiyası təşkil edir. Şəhər İcra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin APA-ya verdiyi məlumata görə, e-mail aksiyası 26 fevral tarixinədək davam edəcək. E-mail aksiyasına şəhərdə fəaliyyət göstərən gənclər təşkilatlarının üzvləri, ali və orta ixtisas məktəblərində təhsil alan tələbələr, habelə müxtəlif idarə, müəssisə və təşkilatlarda çalışan gənclər qoşulub.
Aksiya çərçivəsində gənclər Xocalı soyqırımı haqqında ingilis və rus dillərində qısa məlumat və video lentləri xarici ölkələrin hökumət nümayəndələrinə, habelə beynəlxalq təşkilatlarının nümayəndələrinə, xarici ölkələrdəki gənclər təşkilatlarına elektron poçt vasitəsi ilə məlumat göndərirlər.
Aksiyanın təşkilində Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası, İREX-in Sumqayıt nümayəndəliyi texniki dəstək göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR