Bank Of Baku

Sabahdan Azərbaycan ərazisində hava kəskin soyuyacaq

Sabahdan Azərbaycan ərazisində hava kəskin soyuyacaq
# 22 fevral 2010 08:56 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu günün birinci yarısında 15-18 dərəcə, yarımadanın bəzi yerlərində 20 dərəcə isti, axşama doğru 7-9 dərəcə isti olacaq.

Fevralın 23-də havanın buludlu, arabir yağıntılı olacağı gözlənilir. Arabir güclənən şimal küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 6-8 dərəcə isti olacaq.

Fevralın 24-də havanın bəzi yerlərdə yağıntılı olacağı, gündüz havanın arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 6-9 dərəcə isti olacaq.

Fevralın 25-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif çiskin olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 23-də hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-10 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

Fevralın 24-25-də havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Fevralın 25-də gündüz əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 dərəcə, gündüz 7-11 dərəcə, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR