Bank Of Baku

Bakıda İsrail səhiyyəsi Günləri keçirilir

Bakıda İsrail səhiyyəsi Günləri keçirilir
# 22 fevral 2010 14:18 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bakıda İsrail Səhiyyəsi Günləri keçirilir. APA-nın məlumatına görə, tanınmış neyrocərrah, 45 illik təcrübəyə malik, 200 elmi işin və 9 kitabın müəllifi olan Arkadiy Livşis jurnalistlərlə görüşündə bildirib ki, Bakıda anadan olub, bura tez-tez şəxsi səfərlər edir, bu dəfə isə birgə iş qurmaq üçün gəlib. A. Livşis Bakıda «ATLAS» tibb mərkəzində xəstələri qəbul edəcək, lazım gəldikdə əməliyyatlar aparacaq. O, neyrocərrahiyyə, neyrourologiya və neyroortopediya üzrə mütəxəssisdir. Görüşdə iştirak edən «ATLAS»-ın terapevt-toksikoloqu, professoru Eldar Qorin deyib ki, Azərbaycanda hər ikinci adam beldə olan ağrılardan şikayət edir. İsrailli mütəxəssis ilə birgə iş görməyin məqsədi müasir tibbi praktikadan istifadə etməkdir.
O, həmçinin bildirib ki, yaxın vaxtlarda «Qadın sağlamlığı» adlı proqrama da start veriləcək, bu ixtisas üzrə İsrailin tanınmış həkimləri Bakıya dəvət olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR