Bank Of Baku

Güclü külək Azərbaycanın cənub bölgəsində problemlər yaradıb

Güclü külək Azərbaycanın cənub bölgəsində problemlər yaradıb
# 22 fevral 2010 15:55 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Güclü külək Azərbaycanın cənub bölgəsində problemlər yaradıb. APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində məlumat verilib.

Məlumatda bildirilir ki, fevralın 21-də axşam saatlarından başlayaraq respublikanın bəzi cənub rayonlarında hava şəraiti kəskin dəyişib, güclü külək əsməyə başlayıb. Nəticədə, Yardımlı və Lerik rayonlarında enerji təsərrüfatına və bəzi fərdi evlərə ziyan dəydiyi bildirilir. Hazırda qeyd olunan rayonlarda aidiyyəti qurumlar tərəfindən hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR