Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Daşkəsəndə baş vermiş meşə yanğını ilə bağlı məlumat yayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Daşkəsəndə baş vermiş meşə yanğını ilə bağlı məlumat yayıb
# 23 fevral 2010 06:34 (UTC +04:00)
ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açıq və kollardan ibarət ərazidə baş vermiş yanğın 0,75 hektar sahəni əhatə etmiş və meşə fonduna ciddi ziyan dəyməyib.

Yanğın qısa müddət ərzində Daşkəsən MMBM-in kollektivi və yaxın kəndlərin sakinlərinin operativ səyləri nəticəsində söndürülüb. Nazirliyin Meşələrin İnkişafı Departamenti tərəfindən aparılmış ilkin araşdırmalara görə yanğına (yanğın baş vermiş ərazi yaşayış məntəqələrindən uzaq olduğundan və gediş-gəliş olmadığından) ovçuların atdıqları söndürülməmiş siqaret kötüyü səbəb olub.

Son zamanlar respublika ərazisində hava şəraitinin küləkli olmasını nəzərə alaraq ETSN meşə və yaşıllıqları qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşələri qorumağa çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR