Bank Of Baku

Lerikin elektrik təsərrüfatına dəymiş ziyanın nəticələri qismən aradan qaldırılıb

Lerikin elektrik təsərrüfatına dəymiş ziyanın nəticələri qismən aradan qaldırılıb
# 23 fevral 2010 07:11 (UTC +04:00)
Lerik. Ağəddin Babayev – APA. Fevralın 21-dən 22-nə keçən gecə güclü külək nəticəsində Lerik rayonunun elektrik təsərrüfatına dəymiş ziyanın nəticələri qismən aradan qaldırılıb. Bu barədə APA-nın cənub bürosuna məlumat verən Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, yerli fövqəladə hallar komissiyasının sədri Habil Məlikov deyib ki, təbii fəlakət Lənkəran-Hamarat-Lerik yüksək gərginlikli hava xəttində qısaqapanmaların yaranmasına, 10 min və 0,4 kilovoltluq hava xətlərində qəzaların baş verməsinə, habelə 100-ə yaxın elektrik dirəyinin aşmasına, 7000 metrdən çox elektrik naqilinin qırılmasına səbəb olduğundan Lerik şəhəri də daxil olmaqla, rayonun bütün ərazisinə elektrik enerjisinin nəqli dayandırılıb.

Qəza briqadalarının səyləri ilə fevralın 22-də axşama qədər Lerik şəhərinin 70%-nə enerji nəqli bərpa olunub, eyni zamanda daha 60-a yaxın kəndə işıq verilib. Buna baxmayaraq, 10 və 0,4 kilovoltluq xətlərdə qəzalar hələ də aradan qaldırılmadığından 100-dən yuxarı kənd hələ də işıqsızdır.

H. Məlikov bildirib ki, fevralın 23-də “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Şirvan” elektrik şəbəkəsi tərəfindən rayona elektrik dirəklərinin və naqillərin göndəriləcəyi gözlənilir. Onun sözlərinə görə, ucqar dağ kəndlərinə qar yağmasına və hazırda rayon mərkəzində yağmurlu hava şəraitinin müşahidə edilməsinə baxmayaraq, Lerikin işıqsız qalmış bütün yaşayış məntəqələri günün sonuna kimi elektrik enerjisi ilə təmin ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR